Bütün xəbərlər
Vanuatu sahillərində güclü zəlzələ qeydə alınıb
Tarix: 02-03-2023 22:59 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, martın 2-də axşam saatlarında Sakit okeanda Vanuatu ada dövləti yaxınlığında 6,8 bal gücündə təkanlar baş verib.
RİA Novosti-nin məlumatına görə, zəlzələ cümə axşamı Moskva vaxtı ilə saat 21:04-də baş verib. Yeraltı təkanların episentri ölkənin paytaxtından sonra ikinci ən böyük olan Luqanvil şəhərindən 95 kilometr qərbdə, 33 kilometr dərinlikdə yerləşib.
Vanuatu Avstraliyanın şərqində, Cənubi Sakit Okeanda yerləşir. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi yox idi.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər