Bütün xəbərlər
Rusiya Macarıstanla diplomatların vizasız gediş-gəlişinə dair razılaşmanı dayandırıb
Tarix: 02-03-2023 22:24 | Bölmə: Karusel


Rusiya hökuməti Macarıstanla diplomatik və xidməti pasportlarda vizasız gediş-gəlişlə bağlı razılaşmanı dayandırmaq qərarına gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hökumətin müvafiq sərəncamı hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Qərar diplomatik pasportlara malik Macarıstan vətəndaşlarına aiddir.
Müqavilə Budapeşt tərəfindən öhdəliklərin pozulması aradan qaldırılana qədər və ya ona xitam verilənədək dayandırılır.
Bu qərarla bağlı bildiriş Rusiya Xarici İşlər Nazirliyi adından Macarıstan tərəfinə göndəriləcək.
Rusiya və Macarıstan arasında diplomatik və rəsmi pasportlarla vizasız gediş-gəliş haqqında saziş 2001-ci il iyunun 14-də Moskvada bağlanıb.



Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər