Bütün xəbərlər
Djokoviç Dubayda keçirilən turnirdə yarımfinala yüksəlib
Tarix: 02-03-2023 22:20 | Bölmə: Karusel


Dubayda 2,8 milyon avro mükafat fondu ilə tennis turniri davam edir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, serb Novak Djokoviç müsabiqənin yarımfinalçısı olub.
Dünyanın birinci raketkası Novak Djokoviç dünya reytinqində 11-ci yeri tutan polyak Hubert Hurkoçla 1/4 final oyununda Avstraliya Açıq çempionatında olduğu kimi, böyük qələbə qazanıb.
Novak ilk seti 6-3 hesabı ilə qazanıb. İkinci oyunda da Djokoviç 7:5 daha güclü olub. Qarşılaşma 1 saat 23 dəqiqə davam edib.
Djokoviç turnirin yarımfinalına yüksəlib. Onun rəqibi Daniil Medvedevlə xorvat Borna Koriç arasında keçiriləcək görüşdə müəyyənləşəcək.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər