Bütün xəbərlər
Sankt-Peterburqda anbarda baş verən yanğında bir nəfər ölüb
Tarix: 02-03-2023 21:57 | Bölmə: Karusel


Sankt-Peterburqun Kirovski rayonunda tekstil məmulatlarının anbarı yanır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Anbar Sənaye küçəsində yerləşir. Yanğın sahəsi 300 kvadratmetrdir. Binadan 100-dən çox insan təxliyə edilib.
Bir nəfərin öldüyü, daha iki nəfərin yaralandığı, xəstəxanaya yerləşdirildiyi məlumdur.
Söndürmə işlərinə 58 nəfər və 16 texnika cəlb olunub.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər