Bütün xəbərlər
Heydər Əliyev Mərkəzində yeni təyinat
Tarix: 01-03-2023 22:50 | Bölmə: Karusel

                        Heydər Əliyev Mərkəzində yeni təyinat



Prezident İlham Əliyevin Sərəncamı ilə Fərqan Novruzov Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin olunub.
Sabaha-inamla.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Fərqan Novruzov bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışıb.
O, 2009-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2011-ci ildə Fransanın Strasburq Universitetinin siyasi elmlər ixtisası üzrə, 2012-ci ildə isə həmin universitetin hüquq ixtisası üzrə magistr dərəcəsini alıb. 2017-2020-ci illərdə Azərbaycan Beynəlxalq Bankının hüquq departamentinin direktoru olub. Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər