Bütün xəbərlər
Yüksək rütbəli gömrük işçisi 10 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 01-03-2023 21:38 | Bölmə: Karusel


Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Federal Gömrük Xidmətinin istintaqının keçmiş rəhbəri Aleksandr Kizlık barəsində hökm çıxarıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.
Kizlyk ilə birlikdə onun müavini Aleksey Serebro, Vnukovo gömrüyünün rəis müavini Konstantin Mişin, Domodedovo gömrüyünün rəis müavini Yuri Çerkaşin və həmin gömrük orqanının böyük müstəntiqi Andrey Şurıqin müttəhimlər kürsüsündə olublar. Onlar həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli biliniblər.
Məhkəmə müəyyən edib ki, 2019-cu ildə təqsirləndirilən şəxslər nağd pul qaçaqmalçılığına “göz yumub”, həmçinin cinayət işinin başlanması üçün materialların istintaq orqanlarına göndərilməməsi üçün tədbirlər görüblər. Gömrük işçilərinin fəaliyyətindən dövlətə dəymiş ziyan 25 milyon rubldan çox olub.
Nəticədə məhkəmə Aleksandr Kizlıkı 10 il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkəcək. Bundan əlavə, o, dövlət mükafatlarından məhrum olunub.
Onun müavini 7 il, Çerkaşin 6, Mişin və Şurıgin 5 il müddətinə cəzaçəkmə müəssisəsinə gedəcək. Bütün təqsirləndirilən şəxslər xüsusi rütbələrdən məhrum edilib, həmçinin onlara üç il müddətinə dövlət orqanlarında vəzifə tutmaq qadağan edilib.
Şurıgin məhkəmə zalında həbs edilib, Kizlık, Serebro, Mişin və Çerkaşin barəsində həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər