Bütün xəbərlər
Türkiyənin mərkəzi hissəsində növbəti zəlzələ baş verib
Tarix: 28-02-2023 22:13 | Bölmə: Karusel

Türkiyənin mərkəzi əyalətləri ərazisində yeni zəlzələ baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa seysmoloji xidmətləri məlumat yayıb.
Seysmoloqların fikrincə, yeni zəlzələ 5,6 bal gücündədir. Zəlzələnin təfərrüatları dəqiqləşdirilir, qurbanların olub-olmadığı və dağıntıların miqyasının nə qədər olduğu hələlik məlum deyil.
Əvvəllər zəlzələlər əsasən Türkiyənin cənub əyalətlərində baş verirdi. Ən dağıdıcı isə Kahramanmaraş və Hatayda baş verən zəlzələ olub.




Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər