Bütün xəbərlər
Ardıcıl onuncu qələbəsi: Medvedev Arnaldini darmadağın etdi
Tarix: 28-02-2023 22:02 | Bölmə: Karusel


Dubayda keçirilən ATP 500 tennis turnirinə Daniil Medvedev qələbə ilə başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, ilk tur matçında italiyalı Matteo Arnaldini problemsiz məğlub edib.
Rəqiblər meydançada 1 saat 30 dəqiqə vaxt keçiriblər. Rusiyalı İtaliya təmsilçisi üzərində 6:4, 6:2 hesabı ilə qalib gəlib.
Avstraliya Açıq çempionatında amerikalı Sebastyan Kordaya uduzduqdan sonra Medvedev ardıcıl onuncu qələbəsini qazanıb.
Rusiyalı tennisçi növbəti mərhələdə Qazaxıstan təmsilçisi, 2016-cı ilə qədər Rusiyada çıxış etmiş Aleksandr Bubliklə qarşılaşacaq.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər