Bütün xəbərlər
Rusiyalı Kotov Dubayda keçirilən turnirin ikinci mərhələsinə adlayıb
Tarix: 27-02-2023 23:53 | Bölmə: Karusel


Rusiyalı tennisçi Pavel Kotov Dubayda keçirilən ATP 500 kateqoriyalı turnirdə Avstraliya təmsilçisi Aleksey Popırindən güclü olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rəqiblər qalibi müəyyən etmək üçün üç set oynamalı idilər.
Onların arasındakı qarşılaşma 2 saat 47 dəqiqə davam edib. Təsnifat mərhələsindən keçərək turnirin əsas püşkatmasına çıxan Kotov rəqibinə 6:3, 5:7, 7:6 (7:3) hesabı ilə qalib gəlib.
1/4 finala yüksəlmək üçün rusiyalı həmyerlisi Aleksandr Şevçenko ilə polyak Hubert Hurkaç arasında keçirilən görüşün qalibi ilə qarşılaşacaq.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər