Bütün xəbərlər
“Spartak” Rusiya kubokunda “Lokomotiv”i növbəti dəfə məğlub edib
Tarix: 27-02-2023 23:38 | Bölmə: Karusel


Moskvada paytaxtın “Spartak”ı ilə “Lokomotiv” arasında keçirilən futbol üzrə Rusiya kubokunun RPL yolunun 1/4 final mərhələsinin cavab oyunu başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, doğma “dəmiryolçular”a 4:2 hesabı ilə qalib gələn qırmızı-ağlar turnirin yuxarı hissəsində yarımfinala yüksəlib.
Meydan sahiblərinin heyətində qolları Mixail İqnatov (15-ci dəqiqə), Roman Zobnin (56), Kristofer Martinez (81) və Kuinsi Promes (90+8, penaltidən) vurub. Qonaqların heyətində Anton Mirançuk dubla imza atıb (17 və 83-cü).
Maraqlıdır ki, əlavə vaxtda Promes üç dəfə penalti vursa da, yalnız bir cəhdi qola çevirə bildi.
Xatırladaq ki, ilk görüş də “Spartak”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Lokomotiv” regionlar yolunda Rusiya kuboku uğrunda mübarizəni davam etdirəcək.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər