Bütün xəbərlər
Türkiyənin İzmir şəhərində zəlzələ baş verib
Tarix: 27-02-2023 23:29 | Bölmə: Karusel


Türkiyə nəşrləri fevralın 27-də axşam saatlarında İzmir körfəzinin şərq sahillərində qeydə alınan yeraltı təkanlar barədə məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi axşam Türkiyənin TRT Haber telekanalı İzmir sahillərində Foça bölgəsində 4,1 bal gücündə zəlzələ baş verdiyini bildirib. İzmir valisinin sözlərinə görə, insan tələfatı və maddi itkilər barədə məlumat daxil olmayıb. İzmir ölkənin İstanbuldan sonra ikinci ən böyük limanına malikdir.
Bazar ertəsi səhər saatlarında Türkiyənin şərqindəki Malatya vilayətində 5,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 29-a yaxın bina dağılıb, 1 nəfər ölüb, 69 nəfər yaralanıb.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər