Bütün xəbərlər
Qazaxıstan gələn qışda qaz ixracını dayandırmağı müzakirə edir
Tarix: 27-02-2023 23:06 | Bölmə: Karusel


Qazaxıstan artan daxili istehlakı qarşılamaq üçün gələn qışda qaz ixracını dayandırmaq ideyasını müzakirə edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"QazaqGaz"-ın İdarə Heyətinin sədr müavini Arman Kasenovun sözlərinə görə, 2024-cü ilin payız-qış aylarında yalnız ixrac olmadığı halda ölkədə qaz qıtlığı olmayacaq.
Şirkətin məlumatına görə, 2022-ci ildə ölkədə daxili istehlak 21 milyard kubmetr m. təşkil edib.İxrac 5 milyard kubmetr həcmində qiymətləndirilib. Proqnozlar daxili istehlakın 2030-cu ilə qədər 40 milyard kubmetrə qədər artacağını göstərir.
"Qazaxıstan daxilində qaz istehlakının artımını nəzərə alaraq, "QazaqGaz" növbəti OZP-yə ixraca ümid edə bilməz", - Kasenov bildirib.
“Kommersant” yazır ki, 2015-2021-ci illər ərzində Qazaxıstanda qaz istehlakı təxminən 7 milyard kubmetr artıb. Rusiyanın "Qazprom" şirkəti Qazaxıstanda təbii qaz almağa 2003-cü ildə başlayıb, 2020-ci ildə alışın həcmi 5,7 milyard kubmetr təşkil edib.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər