Bütün xəbərlər
Moskva metrosunda qatar yanıb
Tarix: 27-02-2023 22:31 | Bölmə: Karusel

Fevralın 27-də axşam saatlarında Moskva metrosunun qırmızı xəttində tüstülənmə və stansiyalardan birində yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi axşam saatlarında paytaxtın nəqliyyat departamenti əvvəlcə tüstülənmə, daha sonra isə “Sportivnaya” stansiyasında qatarın alışması barədə məlumat yayıb. Sokolniçeskaya xəttinin cənub-qərb hissəsində nəqliyyatın hərəkəti dayandırılıb, sərnişinlər üçün keçid bağlanıb. Mərkəzdən gələn qatarlar dayanmadan stansiyadan keçir.
İlkin məlumata görə, yanğına səbəb elektrik mühərrikində yaranan problemlər olub. Zərərçəkənlər barədə məlumat verilməyib, insanlar metropoliten əməkdaşları tərəfindən təxliyə edilib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları saat 21:05-də avtomobillərdən birinin 1 kv.m sahədə baş vermiş yanğını söndürüblər. Tüstü dağılır. Hadisənin səbəbləri və şəraiti dəqiqləşdirilir.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər