Bütün xəbərlər
Zəlzələ Gürzuf və Aluşta yaxınlığında baş verib
Tarix: 27-02-2023 21:41 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qara dənizdə Gurzuf və Aluşta yaxınlığında 3,5 bal gücündə zəlzələ baş verib, təkan Krım sahillərində zəif hiss edilib, Krım Federal Universitetinin (KFU) Seysmologiya və Geodinamika İnstitutunun direktoru Yuri Volfman bildirib.
"Qurzuf-Aluşta bölgəsində Qara dənizdə təkan olub. Maqnitudası 3,5, dərinliyi 31 km. Gurzuf və Aluştada zəif hiss olunub", - Volfman RİA Novosti-nin sorğusuna cavab verib.
Bu arada, fevralın 27-də Türkiyənin şərqindəki Malatya vilayətində 5,8 bal gücündə yeni zəlzələ baş verib.
Zəlzələnin episentri Malatyadan 16 km cənub-şərqdə yerləşib, şəhərin əhalisi 441 min nəfərdir. Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər