Bütün xəbərlər
Brejnevin vətənində onun abidəsini sökməkdən imtina edirlər
Tarix: 27-02-2023 21:26 | Bölmə: Karusel


Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin vətənində, Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərində onun büstünü sökmək istəmirlər, Ukrayna mediası yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şəhər rəhbərliyinin izah etdiyi kimi, hələlik abidəni sökməyə pul yoxdur. Buna görə də Brejnevin büstünün ləğvi məsələsinin ölkədə hərbi vəziyyət başa çatdıqdan sonra müzakirəyə çıxarılması təklif edilir.
Baş katibin abidəsi onun sağlığında - 1976-cı ildə ucaldılıb. Bu, SSRİ rəhbərinin Dnepropetrovskın inkişafına verdiyi töhfə ilə bağlıdır.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər