Bütün xəbərlər
Güllə atıcılığı üzrə şəhər çempionatına yekun vuruldu
Tarix: 27-02-2023 20:14 | Bölmə: Karusel

27 fevral 2023-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Paralimpiya İdman Kompleksi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman günü”nə həsr edilmiş güllə atıcılığı üzrə (pnevmatik silahdan) ali, orta ixtisas, peşə təhsil mərkəzləri və gənclər təşkilatları arasında çempionat keçirilib.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən Sabaha-inamla.az-a verilən məlumata görə, Çempionatda şəhərin 2 oğlan və 1 qızdan ibarət 8 komandası qalib adı uğrunda mübarizə aparmışdır. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda  Sumqayıt Gənclər Evinin komandası 134 xalla birinci, Qızıl Aypara Cəmiyyətinin komandası 127 xalla ikinci,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyininkomandası isə 118 xala üçüncü yerləri tutmuşlar.
Qalib və mükafatçılarfəxri fərman, medal və kubokla təltif olunmuşlar.
Sabaha-inamla.az










Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər