Bütün xəbərlər
Media: Misir ABŞ-ı Suriyaya qarşı sanksiyaları yumşaltmağa inandırmağa çalışır
Tarix: 26-02-2023 23:59 | Bölmə: Karusel


Misir ABŞ-ı Suriyaya qarşı sanksiyaları yumşaltmağa inandırmağa çalışır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, Misirin xarici işlər naziri Sameh Şükri bazar ertəsi Dəməşqə səfər etmək və suriyalı həmkarı Feysal Mikdad və prezident Bəşər Əsədlə görüşmək niyyətindədir.
Kanal mənbələri hesab edir ki, “Qahirə ABŞ-ı Suriyaya qarşı sanksiyaları yumşaltmağa inandırmağa çalışır”. Onların məlumatına görə, Misir Suriya ilə əlaqələri tədricən genişləndirmək qərarına gəlib.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər