Bütün xəbərlər
Rusiyalı velosipedçi-çempion 13 yaşında qəza nəticəsində dünyasını dəyişib
Tarix: 26-02-2023 23:20 | Bölmə: Karusel


Rusiya Velosiped İdmanı Federasiyasının saytı xəbər verir ki, rusiyalı velosipedçi Akim Levçenko 13 yaşında qəza nəticəsində dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Federasiya Levçenkonun Mordoviyada baş verən bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyini bildirib. Təşkilat Akimin ailəsinə, yaxınlarına və dostlarına başsağlığı verib.
Fevralın 25-də Akim Levçenko Saranskda keçirilən Ümumrusiya BMX-uçuş yarışının qalibi olub, 13-14 yaş kateqoriyasında çempion olub. İdmançı idman ustalığına namizəd standartını yerinə yetirib.
Rusiya millisinin baş məşqçisi Pavel Kostyukov Levçenkonun yığmaya namizədlər siyahısında olduğunu bildirib.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər