Bütün xəbərlər
Parisdə Fransanın NATO-dan çıxması üçün ikinci mitinq keçirilir
Tarix: 26-02-2023 23:05 | Bölmə: Karusel


Ölkənin paytaxtı Parisdə Fransanın Şimali Atlantika Alyansında iştirakına qarşı mitinq keçirilir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Aksiyanı Patriotlar hərəkatının lideri, siyasətçi Florian Filippo təşkil edib.
Bundan əvvəl də Parisdə oxşar aksiya keçirilib. İndi Avropa ölkələrində vətəndaşların Ukraynada uzanan qarşıdurmadan və Aİ ölkələrinin ona müdaxiləsindən narazılığı səbəbindən etiraz fəallığı artıb.
Etirazçılar əllərində üçüncü dünya müharibəsi əleyhinə şüarlar, Fransanın NATO-dan çıxmasına çağırışlar yazılmış plakatlar qaldırıblar. Fransa hökuməti Ukraynada münaqişənin genişlənməsinə töhfə verən Kiyev rejimini Avropada ilk hücum silahı ilə təmin etməkdə ittiham olunur.
Mitinqdə bir neçə min insan iştirak edib. Filipponun sözlərinə görə, oxşar aksiyalar Fransanın daha 29 şəhərində baş verib və dünən Almaniyanın paytaxtı Berlinin 25 min sakini və qonağı oxşar şüarlarla küçələrə çıxıb.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər