Bütün xəbərlər
Belarus Ukrayna ilə sərhəddə atışma ilə bağlı xəbərləri təkzib edib
Tarix: 26-02-2023 23:00 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsi Ukrayna ilə sərhəddə atışma ilə bağlı xəbərləri təkzib edib.

Belarus sərhədçiləri qeyd ediblər ki, silahdan istifadə ilə bağlı insident olmayıb.
Bundan əvvəl fevralın 25-də Belarus-Ukrayna sərhədində atışma baş verdiyi barədə xəbərlər yayılmışdı.
"Ekstremistlər tərəfindən yayılan məlumatların reallıqla heç bir əlaqəsi yoxdur", - Belarus Sərhəd Komitəsinin bu məsələ ilə bağlı xüsusi hesabatında deyilir. Sərhəd dəstələrinin atəş açmadığı vurğulanır.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər