Bütün xəbərlər
Əl-Nəsr də Ramosu almaq istəyir
Tarix: 25-02-2023 23:52 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu dəfə PSJ-nin müdafiəçisi Serxio Ramosla Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu maraqlanıb.
"Novoye-vremya"nın "Marca"ya istinadən verdiyi məlumata görə, klub rəhbərliyi futbolçu ilə əmək müqaviləsi bağlamaq istədiklərini bildirib.
Lakin Ramos hələlik bu məsələ ilə bağlı mövqeyini açıqlamayıb.
Qeyd edək ki, Əl-Nasr Kriştianu Ronaldo ilə 2,5 illik müqavilə imzalayıb. Klub futbolçuya 500 milyon avro ödəyəcək.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər