Bütün xəbərlər
DXR Mariupoldakı “Azovstal” zavodunu bərpa etməmək qərarına gəlib
Tarix: 25-02-2023 23:36 | Bölmə: Karusel

Mariupol "Azovstal" metallurgiya zavodu əvvəlki formada bərpa olunmayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Oplot TV-nin efirində Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin deyib.
Puşilinin sözlərinə görə, hakimiyyət zavodu əvvəlki formada bərpa etməmək qərarına gəlib. Onun yerində texnopark və ekopark olacaq. Puşilin qeyd edib ki, bu, ərazilərin inkişafına müasir yanaşmadır. O, ətraf mühitə zərər vermədən ərazidən istifadənin mümkün olduğunu vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilin yazında məhz "Azovstal" metallurgiya zavodunda intensiv döyüşlər baş vermişdi. Müəssisənin ərazisində Ukrayna Silahlı Qüvvələrinin minlərlə yaraqlısı, ukraynalı millətçi olub. Lakin mayın 20-də onlar rus qoşunlarına təslim oldular. Mayın 16-dan bu yana müəssisənin ərazisində olan 2,4 mindən çox ukraynalı yaraqlı təslim olub.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər