Bütün xəbərlər
Avropa Birliyi doktor Roşala qarşı sanksiyalar tətbiq edib
Tarix: 25-02-2023 23:25 | Bölmə: Karusel


Rusiyalı həkim, Uşaq Təcili Cərrahiyyə və Travmatologiya Elmi-Tədqiqat İnstitutunun prezidenti Leonid Roşal Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Aİ-nin dərc olunmuş onuncu sanksiyalar paketindən irəli gəlir.
Doktor Roşal dünya şöhrətli həkim olmaqla yanaşı, Ümumrusiya Xalq Cəbhəsi (ONF) mərkəzi qərargahının həmsədridir. Bu ictimai təşkilat Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını dəstəkləyir.
Bundan əlavə, Aİ Roşalı xüsusi əməliyyata şəxsən dəstək verməkdə ittiham edib. Xatırladaq ki, Roşaldan başqa bir sıra rusiyalı dövlət xadimləri, hərbi rəhbərlər, hüquq müdafiəçiləri, jurnalistlər, o cümlədən HRC-nin rəhbəri Valeri Fadeyev və Rusiya Federasiyasının Prezidenti yanında İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova da sanksiyalara məruz qalıb.



Baxış sayı: 257


Bölməyə aid digər xəbərlər