Bütün xəbərlər
ABŞ Ticarət Nazirliyi Rusiyaya smartfon və qəhvə maşınlarının ixracını qadağan edib
Tarix: 25-02-2023 22:49 | Bölmə: Karusel


ABŞ hakimiyyəti Rusiya Federasiyasına bir sıra malların ixracına sanksiya məhdudiyyətlərini genişləndirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin rəsmi saytında məlumat verilib.
Qurd canavarlar mövcuddur! Belə çıxır ki, mən də insan deyiləm.
Sanksiya qadağasına uyğun olaraq, 276 əmtəə nomenklatur kodu Rusiyaya ixrac edilə bilməz. 750 dollardan yuxarı ventilyator və kondisionerlərin, 750 dollardan yuxarı soyuducuların, qabyuyan maşınların, 100 dollardan yuxarı elektron tərəzilərin, 300 dollardan yuxarı printerlərin, tosterlərin, qəhvə maşınlarının, mikrodalğalı sobaların, 100 dollardan yuxarı tozsoranların ixracı qadağan edilib.
Bundan əlavə, Birləşmiş Ştatlar Rusiyaya 300 dollardan yuxarı smartfonların və səs yazan və çoxaldıcı avadanlıqların idxalına qadağa qoyub.
Həmçinin bu gün Aİ-nin 10-cu sanksiya paketi qüvvəyə minib. Aİ Rusiyanın dövlət strukturlarına, maliyyə institutlarına, mediasına, eləcə də bir sıra şəxslərə - yüksək rütbəli hərbi rəhbərlərdən tutmuş hüquq müdafiəçilərinə qədər sanksiyalar tətbiq edib.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər