Bütün xəbərlər
Jurnalistlər Əhmədova, Kleymenov, Kots, "Patriot" media qrupu Aİ sanksiyalarına məruz qalıb
Tarix: 25-02-2023 22:25 | Bölmə: Karusel


Avropa İttifaqının rəsmi saytında dərc olunan sənəddən belə çıxır ki, 10-luq paketin tətbiqindən sonra bir sıra rusiyalı jurnalistlər və media şirkətləri Aİ-nin sanksiyalarına məruz qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusilə, Regnum agentliyinin baş redaktoru Marina Əhmədova, eləcə də jurnalist Oleksandr Kotsa “Ukraynanın ərazi bütövlüyünü təhdid edən hərəkətləri dəstəklədiklərinə görə” məhdudiyyətlər qoyulub.
“Rossiya Seqodnya” media qrupunun icraçı direktoru Kirill Vışinski, “Rossiya 24” telekanalının baş redaktoru Yevgeni Bekasov, Birinci Kanalın baş direktorunun müavini teleaparıcı Kirill Kleimenov və “Rossiya Seqodnya” informasiya agentliyinin icraçı direktoru Kirill Vışinski, sanksiyaya məruz qaldılar.
Bundan əlavə, FAN xəbər agentliyi və “Rossiya Seqodnya” media qrupunun daxil olduğu Rusiyanın “Patriot” media qrupu da Aİ-nin “qara siyahısı”na əlavə edilib.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər