Bütün xəbərlər
Kiyev merinin qardaşı Vladimir Kliçko Almaniyanın "Leopard" tankına minib
Tarix: 25-02-2023 22:04 | Bölmə: Karusel

Kiyev administrasiyasının rəhbəri Vitali Kliçkonun kiçik qardaşı, boksçu Vladimir Kliçko Almaniyaya tank poliqonunda səfər edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Kliçko kiçik Alman "Leopard" tanklarının Ukraynaya göndərilməzdən əvvəl sınaqdan keçirildiyi yerə gəlib. O, tankların sınaqlarında şəxsən iştirak edib. Ancaq görünür, Vladimir Kliçko tankı özü idarə etməyib, sərnişin kimi ona minib.
Xatırladaq ki, Almaniya Ukraynaya “Leopard” tanklarının çatdırılmasına başladığını elan edib. Digər Avropa ölkələri də Almaniya istehsalı olan tanklarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəklər. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin tankerlərinin Qərb texnikasını idarə etmək təcrübəsi olmadığı üçün Ukrayna tank ekipajları artıq Almaniyada təlim keçir.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər