Bütün xəbərlər
“Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Aptı Alaudinov xəstəxanadan buraxılıb
Tarix: 24-02-2023 23:25 | Bölmə: Karusel

Çeçenistan rəhbərinin köməkçisi, “Axmat” xüsusi təyinatlıların komandiri Aptı Alaudinov xəstəxanadan buraxılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, indi o, Qroznıdadır.
Bundan əvvəl Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov köməkçisinin zəhərləndiyini açıqlamışdı. Alaudinov, Kadırovun sözlərinə görə, zəhərli maddələrlə hopdurulmuş məktub alıb.
Xüsusi təyinatlı "Axmat" komandiri bütün bu müddət ərzində Moskva xəstəxanasında müalicə olunurdu. Alaudinov mediaya açıqlamasında “Məni buraxdılar” dedi. “Respublikada bərpa işlərini davam etdirirəm”. Bir neçə gündən sonra o, xidmət yerinə getməyi və “Vətənin maraqlarını qorumaq naminə” fəaliyyətini davam etdirməyi planlaşdırır.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər