Bütün xəbərlər
Türkiyənin şərqində 4,7 bal gücündə yeni zəlzələ baş verib
Tarix: 24-02-2023 23:02 | Bölmə: Karusel


Cümə günü axşam Türkiyənin şərqində 4,7 bal gücündə yeni zəlzələ baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamentindən məlumat verilib.
Zəlzələnin ocağı 5 km dərinlikdə, Sivas şəhəri yaxınlığında yerləşib.
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Xatırladaq ki, son məlumatlara görə, fevralın 6-da Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində 50 minə yaxın insan həlak olub.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər