Bütün xəbərlər
Polis Rusiyanın Yunanıstandakı Baş Konsulluğunun yaxınlığında tapılan şübhəli bağlamanı partladıb
Tarix: 24-02-2023 22:39 | Bölmə: Karusel

Polis Yunanıstanın Saloniki şəhərində Rusiya Baş Konsulluğunun yaxınlığında daha əvvəl buraxılmış şübhəli bağlamanı partladıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Polisin bildirdiyinə görə, orada təhlükəli heç nə aşkar edilməyib.
Paket cümə günü günortadan sonra şəhərin mərkəzindəki konsulluq binasının yaxınlığında tapılıb, bu səbəbdən küçəni bağlamaq lazım gəlib. Konsulluqdan bildirdilər ki, onların istirahət günü olduğundan işçilər üçün heç bir təhlükə yoxdur.
Nəticədə pirotexniklər idarə olunan partlayış törədiblər.
"Həyəcan siqnalı yalan çıxdı, onda təhlükəli heç nə yox idi" polis deyib.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər