Bütün xəbərlər
Xalq artisti Əli Əsgərov vəfat edib
Tarix: 24-02-2023 12:31 | Bölmə: Karusel





Azərbaycan mədəniyyətinə itki üz verib.
Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov fevralın 23-də vəfat edib.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Xalq artisti ömrünün 62-ci ilində dünyasını dəyişib.
Qeyd edək ki, Əli Rəhim oğlu Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adina Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçılarin I Beynəlxalq Müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.
1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!



Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər