Bütün xəbərlər
Xarvi Vaynişteyn təcavüzə görə 16 il həbs cəzası aldı
Tarix: 23-02-2023 23:59 | Bölmə: Karusel

Prodüser Harvi Vaynşteyn təcavüzə görə 16 il azadlıqdan məhrum edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, amerikalı kinoprodüser Harvi Vaynşteyn zorlama işi üzrə 16 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə "The New York Times" xəbər verir. Nəşrin məlumatına görə, bu müddət prodüserin 2020-ci ildə cinsi təcavüz ittihamı ilə cəzalandırıldığı 23 il həbs cəzasına əlavə olunacaq.
İlk məhkəmə hökmü Vaynşteynə 2020-ci ildə verilib. Sonra prodüser zorlama və məcburi oral seks üçün 23 il həbs cəzası aldı. 2022-ci ilin dekabrında o, daha üç cinsi cinayətdə təqsirli bilinib. Prodüser qadına qarşı cinsi zorakılıq, “şifahi əlaqəyə məcbur etmək” və başqa bir cinsi zorakılıqda ittiham olunub...



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər