Bütün xəbərlər
Avstraliya 90 rusiyalı və Rusiyadan olan 40 şirkətə qarşı sanksiya tətbiq edib
Tarix: 23-02-2023 22:46 | Bölmə: Karusel

Avstraliya Rusiya Federasiyasından 90 fiziki və 40 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyahı Avstraliya hökumətinin saytında mövcuddur.
Dərc edilmiş məlumatlara görə, yeni sanksiyalar Mərkəzi Seçki Komissiyasının əməkdaşları, hərbi qulluqçular, bir sıra federal nazirlər, vilayət rəhbərləri və digər şəxslərə şamil edilib.
Sanksiyaya məruz qalan hüquqi şəxslər arasında, xüsusən, Tupolev PJSC, "Kalaşnikov" konserni və "Sputnik" radiosu var.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər