Bütün xəbərlər
Serxio Ramos İspaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
Tarix: 23-02-2023 22:27 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Paris Saint-Germain"-in futbolçusu Serxio Ramos İspaniya milli futbol komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.
"Ölkəmi 180 dəfə qürurla təmsil etməyi bacaran imtiyazlı bir insanın duyğuları ilə ölkəmi alqışlamağa davam edəcəyəm. Mənə hər zaman inanan hər kəsə ürəkdən təşəkkür edirəm", - Ramos tvitter hesabında yazıb.
Futbolçunun sözlərinə görə, o, dekabrda Luis Enrikeni əvəzləyən millinin yeni baş məşqçisi Luis de la Fuentenin çağırışından sonra beynəlxalq karyerasını başa vurub.
Ramosun 36 yaşı var. Müdafiəçi İspaniya millisinin keçirdiyi matçların sayına görə rekordçudur. O, 2005-ci ilin martında milli komandada debüt edib və o vaxtdan bu komandada 180 oyun keçirib, 23 qol vurub və 8 məhsuldar ötürmə edib. İspanların tərkibində 2010-cu ildə dünya çempionu olub və iki dəfə Avropa çempionatının qızıl medalını qazanıb (2008, 2012).
Ramos sonuncu dəfə 2021-ci il martın 31-də millidə çıxış edib.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər