Bütün xəbərlər
Moldova MDB ilə bağlanmış onlarla müqaviləyə xitam verdiyini açıqlayıb
Tarix: 22-02-2023 23:52 | Bölmə: Karusel

Moldova hakimiyyəti yaxın vaxtlarda Müstəqil Dövlətlər Birliyi çərçivəsində onlarla sazişə xitam verməyə hazırlaşır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri və baş nazirin müavini Niku Popesku deyib.
Moldova diplomatik departamentinin rəhbərinin qeyd etdiyi kimi, 20-yə yaxın müqaviləyə xitam verilib. İndi ölkə Avropa İttifaqına daxil olmağa fokuslanıb, ona görə də MDB ilə Avropa qanunvericiliyinə zidd olan müqavilələrə xitam vermək lazımdır.
Bundan əvvəl Kişinyovda ölkənin MDB-də olmasının məqsədəuyğunluğu məsələsi artıq qaldırılmışdı. Moldova Xarici İşlər Nazirliyi də Rusiyanı ölkədəki separatçı əhval-ruhiyyəni dəstəkləməkdə ittiham edib.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər