Bütün xəbərlər
"Rubin"in keçmiş məşqçisii Qrasiya "Lids"ə keçib
Tarix: 21-02-2023 21:52 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kazanın "Rubin" futbol klubunun sabiq baş məşqçisi, ispan mütəxəssis Xavi Qrasiya İngiltərənin "Lids Yunayted" klubuna başçılıq edib, təfərrüatları açıqlanmayan müqavilə imzalayıb.
"Klub ümid edir ki, Qrasiyanın yeni vəzifəsində ilk oyununun şənbə günü Premyer Liqada "Sauthempton"a qarşı oyunu olacaq" - "Peacocks"ın mətbuat xidməti bildirib. "Lakin bu, mütəxəssisin Böyük Britaniyada iş icazəsi almasından asılıdır".
Qrasiyanın son iş yeri məşqçinin ölkə çempionu olduğu Qətərin "Əl-Sədd" komandası olub.
Xatırladaq ki, ispaniyalı 2016-2017-ci illər arasında "Rubin"də bir il çalışıb. Onun rəhbərliyi altında Rusiya komandası bütün turnirlərdə 34 oyunda 13 qələbə qazanaraq Rusiya çempionatında 9-cu yeri tutub.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər