Bütün xəbərlər
"Zenit" Türkiyənin "Fənərbağça"sı ilə xeyriyyə matçına çıxacaq
Tarix: 21-02-2023 15:20 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya futbol çempionu Sankt-Peterburqlu “Zenit” Türkiyənin “Fənərbaxça” klubu ilə xeyriyyə oyunu təşkil etmək niyyətindədir və ondan əldə olunan gəlir Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardıma sərf olunacaq.
Əvvəllər xəbər verildiyi kimi, fevralın əvvəlində Türkiyə və Suriyanın bir sıra əyalətlərində güclü zəlzələ baş verib və nəticədə 50 minə yaxın insan həlak olub. Futbol üzrə Türkiyə çempionatı dayandırılıb, bir çox klublar zərərçəkənlərə yardım edib.
İndi rusiyalı futbolçular təbii fəlakət zamanı həlak olanların və yaralananların ailələrinə də kömək edəcəklər. “Zenit”in direktoru Aleksandr Medvedev Türkiyənin “Fənərbağça” klubu ilə martın 23-də xeyriyyə matçının keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu təsdiqləyib.
Medvedevin sözlərinə görə, “bu, ortaq ideya idi”: “Biz Türkiyə tərəfinin oyundan əldə edilən bütün vəsaitin zəlzələdən zərərçəkənlərə yardım üçün istifadə olunması təklifini dəstəklədik”.
“Göy-ağ-göylər”in direktoru zəlzələdən əvvəl “Fənərbaxça” ilə yoldaşlıq oyunu keçirmək imkanını müzakirə etdik.”Türkiyə çempionatının dayandırılmasına səbəb olan faciəvi hadisələrdən sonra birgə qərar qəbul edildi”.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər