Bütün xəbərlər
Kasatkina Dubayda keçirilən turnirdə Kreyçikovaya uduzub
Tarix: 21-02-2023 14:09 | Bölmə: Karusel


Rusiyalı tennisçi Daria Kasatkina Dubayda keçirilən WTA 1000 turnirinin üçüncü mərhələsinə vəsiqə qazana bilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ikinci tur matçında Rusiyanın birinci raketkası çexiyalı Barbora Kreyçikovaya üç setdə uduzub.
Rəqiblər meydançada 2 saat 34 dəqiqə vaxt keçirib. Bir neçə görüş xalı olan rusiyalı xanım çexiyalı idmançıya 4:6, 6:4, 5:7 hesabı ilə uduzub.
Növbəti mərhələdə Kreyçikova Yuliya Putintseva (Qazaxıstan) - Petra Kvita (Çexiya) görüşünün qalibi ilə oynayacaq.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər