Bütün xəbərlər
19 ölkədən olan turistlər sadələşdirilmiş qaydada altı ay müddətinə Rusiya Federasiyasına viza ala biləcəklər
Tarix: 20-02-2023 22:26 | Bölmə: Karusel


Hökumət, vətəndaşları otel rezervasiyası əsasında Rusiyaya altı aylıq turist vizası ala biləcək 19 ölkənin siyahısını təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baş nazir Mixail Mişustinin imzaladığı müvafiq sərəncam hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Sənədə əsasən, siyahıya Bəhreyn, Bruney, Hindistan, İndoneziya, İran, Kamboca, Çin, Şimali Koreya, Küveyt, Laos, Malayziya, Meksika, Myanma, Oman, Səudiyyə Ərəbistanı, Serbiya, Tailand, Türkiyə və Filippin daxildir.
Rusiya Federasiyasına daxil olmaq üçün turist vizasının alınmasını sadələşdirən qanun 2021-ci ilin avqustunda qəbul edilib. 2022-ci ilin dekabrında turistlərin sadələşdirilmiş qaydada viza ala biləcəkləri ölkələrin siyahısı haqqında da qanun qəbul edilib. İndi dərc olunmuş siyahıya daxil olmayan ölkələrin vətəndaşları rezervasiya əsasında altı ay ərzində viza ala bilməyəcəklər.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər