Bütün xəbərlər
Türkiyə oteli “Şinnik” və “Minaj” futbolçuları arasında baş verən davada günahını etiraf edib.
Tarix: 20-02-2023 18:39 | Bölmə: Karusel


Rusiyanın “Şinnik” və Ukraynanın “Minaj” klublarının futbolçularının yerləşdirildiyi Türkiyə otelinin rəhbərliyi iki komandanın futbolçuları arasında baş verən münaqişədə günahlarını etiraf edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə otel rəhbərliyi Rusiyanın Antalyadakı konsulluğu qarşısında məlumat verib.
Fevralın əvvəlində otelin ərazisində iki komandanın futbolçuları arasında dava baş verib. Hadisəni "Minaj" futbolçuları təhrik edib.
“Şinnik” təlim-məşq toplanışı üçün öncədən otel bron edib. Siyasi vəziyyətə görə Türkiyə otelləri Rusiya və Ukraynadan olan futbolçuları bir yerdə yerləşdirməməyə çalışır. Lakin "Royal Seginus" bu qaydaya məhəl qoymadı və bu, münaqişəyə səbəb oldu. Hadisədən sonra hər iki komanda başqa otellərə köçüb.
RİA Novosti-nin məlumatına görə, “Şinnik”in baş direktoru Sergey Kulakovun sözlərinə görə, Antalyadakı "Royal Seginus" otelinin rəhbərliyi Rusiya konsulluğu qarşısında onların mövqeyini tanıyıb. Amma heç kim klubun özündən üzr istəmədi. Yaroslavl sakinlərinə pul kompensasiyası məsələsi həllini tapmayıb.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər