Bütün xəbərlər
Sankt-Peterburqda oteldə atışma ilə kütləvi dava olub
Tarix: 20-02-2023 11:20 | Bölmə: Karusel


Sankt-Peterburqda dəbdə olan otellərdən birində atışma ilə kütləvi dava olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, REN TV-nin məlumatına görə, əlli nəfər davanın iştirakçısı olub.
Onların hamısı elit mehmanxananın beş illiyi münasibətilə təşkil olunan ziyafətin qonağı olub. Qeyd olunur ki, əvvəlcə iki nəfər mübahisə edib, mübahisə zamanı onlardan biri travmatik tapançanı çıxararaq atəş açıb.
Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Davadan sonra münaqişənin təhrikçiləri olduğu iddia edilən şəxslər saxlanılıb.
Polis 6 adamı dindirdi, silahlar ələ keçirildi. Cinayət işinin başlanması məsələsi həll olunur.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər