Bütün xəbərlər
Rusiyalı tennisçilər WTA reytinqində mövqelərini yaxşılaşdırıblar
Tarix: 20-02-2023 11:06 | Bölmə: Karusel

Rusiyalılar Lyudmila Samsonova, Anastasiya Potapova və Yekaterina Aleksandrova Qadınlar Tennis Assosiasiyasının reytinqində iki pillə irəliləyiblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  onun yenilənmiş variantı qurumun rəsmi saytında dərc olunub.
Rusiyanın birinci raketkası Daria Kasatkina olub. O, 3425 xalla səkkizinci yerdədir. Rusiyalı Veronika Kudermetova 11-ci yeri (2620) qoruyub. Onun həmyerliləri Lyudmila Samsonova, Yekaterina Aleksandrova və Anastasiya Potapova müvafiq olaraq 13, 16 və 29-cu yerlərə yüksəliblər.
Polşalı İqa Sviatek WTA reytinqinə başçılıq etməkdə davam edir (10900). İlk üçlüyə həmçinin belaruslu Arina Sobolenko (6100) və amerikalı Jessica Pegula (5250) daxildir.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər