Bütün xəbərlər
Medvedev ATP reytinqinin ilk 10-luğuna qayıdıb
Tarix: 20-02-2023 09:55 | Bölmə: Karusel


Peşəkar Tennis Assosiasiyası təşkilatın reytinqinin yenilənmiş versiyasını dərc edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı Daniil Medvedev 11-ci yerdən səkkizinci yerə yüksəlib. Onun 3250 xalı var.
Rusiyanın ikinci raketkası bir gün əvvəl Hollandiyanın Rotterdam şəhərində ATP 500 kateqoriyalı turnirin qalibi olub. Finalda Medvedev italiyalı Yannik Sinneri üç setdə 5:7, 6:2, 6:2 hesabı ilə məğlub edib.
Rusiyalı Andrey Rublev 3860 xal toplayaraq reytinqdə beşinci yerini qoruyub. Onun həmyerlisi Karen Xaçanov bir mövqe itirərək, 14-cü yerə (2470) geriləyib.
Reytinqdə serb Novak Cokoviç (7070) liderdir. Onu ispan Karlos Alkaras (6480) və yunan Stefanos Tsitsipas (5940) izləyib.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər