Bütün xəbərlər
Zelenski “Alfa-Bank”ın top-menecerlərinə qarşı sanksiyalar tətbiq edib
Tarix: 19-02-2023 23:09 | Bölmə: Karusel


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu dəfə Rusiya Federasiyasının 333 vətəndaşı, o cümlədən "Alfa-Bank"-ın bir neçə top meneceri: Vladimir Sokolov, Aleksey Çuxlov, İvan Pyatakov və Vladimir Voeykov məhdudiyyətlərə məruz qalıb.
Sanksiyaların 10 il müddətinə qüvvədə olacağı dəqiqləşib. RİA Novosti xəbər verir ki, digər məsələlərlə yanaşı, onlar aktivlərin dondurulmasını və ticarət əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutur.
Bundan əvvəl amerikalı jurnalistlər ABŞ-ın Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdığı yeni sanksiyalar barədə məlumat əldə ediblər. Məhdudiyyətlər Rusiya Federasiyasının müdafiə və enerji sektorlarına, eləcə də maliyyə institutlarına təsir etməlidir. Bundan əlavə, Bayden administrasiyası üçüncü ölkələrin anti-Rusiya sanksiyalarından yan keçməsinin qarşısını almaq üçün tədbirlər görməyə hazırlaşır.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər