Bütün xəbərlər
Nepomnyaççi və Esipenko Düsseldorfda start götürür
Tarix: 19-02-2023 22:05 | Bölmə: Karusel


Almaniyanın Düsseldorf şəhərində "WR Chess Masters 2023" əsas şahmat turniri başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iştirakçılar arasında iki rusiyalı qrossmeyster – Yan Nepomnyaççi  və dünya tituluna iddialı Andrey Esipenko da var.
Nepomnyaççi Almaniyaya gələn on qrossmeyster arasında ən yüksək reytinqə malikdir - 2793 xal. Esipenko (2678) bu göstərici üzrə iştirakçıların siyahısını bağlayır.

"WR Chess Masters"-də həmçinin Aniş Giri (Hollandiya, reytinq - 2780), Uesli So (ABŞ, 2766), Nodirbek Abdusattorov (Özbəkistan, 2737) və Levon Aronyan (ABŞ, 2736) kimi güclü oyunçular çıxış edirlər.
Üç start raundundan sonra Aronyan iki oyunda qalib gələrək, bir heç-heçə edərək liderliyə yüksəlib - 2,5 xal. Onu So və Qukeş Dommaraju (Hindistan) izləyiblər - hərəyə 2 xal. Nepomnyaççi, Esipenko, Giri və Abdusattorovun hərəyə 1,5 xalı var.
Yan ilk üç oyunu heç-heçə edib - Giri, Abdusattorov və Yan-Kşiştof Duda ilə (Polşa). Esipenko alman Vinsent Kaymeri məğlub edib, Duda ilə xalları bölüşüb və Abdusattorova uduzub. Turnirdə ümumilikdə 9 tur oynanılacaq.




Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər