Bütün xəbərlər
Türkiyədə 40 689 ölüm faktı təsdiqlənib
Tarix: 19-02-2023 21:03 | Bölmə: Karusel


Türkiyədə xilasedicilər dağıntıları təmizləməyə davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 40 689 nəfər zəlzələlərin qurbanı olub.
Belə rəqəmləri Respublika Fövqəladə Hallar İdarəsinin rəisi Yunus Sezər verib. Gün ərzində ölkədə 47 vətəndaşın ölümü təsdiqlənib.
"İnsanların dağıntılar altından xilas edilməsi üçün hələ də ümid var. Hazırda Türkiyənin ən çox zərər çəkmiş əyalətlərində - Qəhrəmanmaraş və Hatayda axtarış-xilasetmə əməliyyatları aparılır", - idarə rəisi yerli telekanallara açıqlamasında deyib.
O qeyd edib ki, hakimiyyət orqanları 830 minə yaxın binaya baxış keçirib. Binaların zədələnməsi yoxlanılıb. Bununla yanaşı, ölkənin regionlarında zərərçəkmişlərin köçürülməsi üçün infrastrukturun yaradılmasını gücləndiriblər.
Xatırladaq ki, güclü təkanlar fevralın 6-da Türkiyənin cənub-şərqində qeydə alınıb. İki dağıdıcı zəlzələnin ardınca altı mindən çox yeraltı təkanlar baş verib. Təkcə respublikada 345 min mənzil xarabalığa çevrilib. Suriya da zəlzələdən əziyyət çəkib.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər