Bütün xəbərlər
Rəşfordun dublu "Mançester Yunayted"ə "Lester"i darmadağın etməyə kömək etdi
Tarix: 19-02-2023 20:30 | Bölmə: Karusel


“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 24-cü turunda doğma stadionu “Old Trafford” meydanında “Lester Siti”ni məğlub edərək, rəqib qapısına üç cavabsız qol vurub – 3:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblərin heyətində Markus Reşford (25, 58-ci dəqiqə) dubla, Ceydon Sanço isə bir dəfə (62) fərqlənib. Portuqaliyalı Bruno Fernandes iki məhsuldar ötürmə edib.
“Mançester Yunayted” Premyer Liqanın son beş oyununda 49 xalla üçüncü, “Lester” isə 24 xalla 14-cü yerdədir. “Tülkülər” üçün bu məğlubiyyət mövsümdə 14-cü olub.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər