Bütün xəbərlər
"Bavariya" mövsümdə ikinci məğlubiyyətini aldı
Tarix: 18-02-2023 23:30 | Bölmə: Karusel

Futbol üzrə Almaniya çempionatının 21-ci turunda səfərdə Münhenqladbax "Borussiya"sına minimal hesabla uduzub - 2:3.
Görüşün qalibləri Lars Ştindl (13-cü dəqiqə), Yonas Hofman (55) və Markus Tyuram (84), qonaqlar isə Erik Çoupo-Motinq (35) və Mathis Teldən (90+3) qol vurub.
Qeyd edək ki, "Bavariya" komandası görüşün böyük hissəsini azlıqda keçirib - səkkizinci dəqiqədə müdafiəçi Deotşankyl Upamekano birbaşa qırmızı vərəqə alıb.
“Bavariya” ötən ilin sentyabrından bəri ilk məğlubiyyətini alıb və 43 xalla turnir cədvəlinə başçılıq edir, “Borussiya” isə 29 xalla səkkizinci yerdədir.
Julian Nagelsmanın yetirmələri 20 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyublar - 16 qələbə, 4 heç-heçə.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər