Bütün xəbərlər
"Çelsi"nin keçmiş futbolçusu Atsu ölü tapılıb
Tarix: 18-02-2023 10:59 | Bölmə: Karusel


"Çelsi"nin sabiq futbolçusu Kristian Atsunun cəsədi Türkiyədə tapılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Qana millisinin və Türkiyənin “Hatayspor” klubunun yarımmüdafiəçisi zəlzələdən sonra itkin düşüb.
İdmançının agenti Murat Uzunmehmet "Kristian Atsu tapıldı. Təəssüf ki, dünyasını dəyişdi" yazıb.
31 yaşlı Atsu 2022-ci ilin sentyabrından "Hatayspor"da çıxış edir. O, əvvəllər "Çelsi", "Nyukasl", "Everton", "Bornmut" və "Portu"da çıxış edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Hazırda 40 minə yaxın insan ölənlər siyahısındadır.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər