Bütün xəbərlər
Yanğın ölkənin ən böyük kimya zavodunda baş verib
Tarix: 17-02-2023 23:29 | Bölmə: Karusel


Ufa yanğınsöndürənləri Rusiyanın ən böyük kimyəvi reagentlər, laboratoriya avadanlığı və mebel istehsalçısı və tədarükçüsü olan Ufada yerləşən Kresol müəssisəsinin anbarında baş vermiş yanğının söndürülməsinə bir saatdan çox vaxt sərf ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan Respublikası üzrə Baş İdarəsinin məlumatına görə, cümə günü saat 19:52-də təcili yardım xidmətlərinə Ufa şəhərində, Puteyskaya küçəsində yerləşən müəssisənin anbarında yanğın olması barədə məlumat daxil olub. Saat 21:13-də yanğınsöndürənlər alovun lokallaşdırılmasına nail olub, daha 5 dəqiqədən sonra yanğın tamamilə söndürülüb.
Əməliyyatda 69 nəfər və 24 texnika iştirak edib. İlkin məlumata görə, xəsarət alan yoxdur. Atmosferdəki zərərli maddələrin miqdarını ölçmək və qiymətləndirmək üçün kimya-radiometrik mərkəzin laboratoriyasının əməkdaşları hadisə yerinə gəliblər. Yanğının fəsadları aydınlaşdırılır.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər