Bütün xəbərlər
General-leytenant Andrey Mordviçev Mərkəzi Hərbi Dairənin komandanı təyin edilib
Tarix: 17-02-2023 12:10 | Bölmə: Karusel


Cənub Hərbi Dairəsinin 8-ci Qvardiya Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı general-leytenant Andrey Mordviçev Mərkəzi Hərbi Dairənin yeni komandiri təyin edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin məlumatları sübut edir.
Xatırladaq ki, 2017-2022-ci illərdə Mərkəzi Hərbi Dairənin komandiri postunu xüsusi əməliyyat zamanı Rusiya Qəhrəmanı adını almış general-polkovnik Aleksandr Lapin tutub.
Ötən ilin noyabrında Lapinin olmadığı müddətdə Mərkəzi Hərbi Dairənin Təşkilat və Səfərbərlik İdarəsinin rəisi general-mayor Aleksandr Linkov Mərkəzi Hərbi Dairə komandiri səlahiyyətlərini müvəqqəti icra edən təyin edilib.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər